Bank Of Baku

“PAŞA Həyat” sığorta hadisələrinə görə ödənişlərin həcmini 3,4 dəfə artırıb

“PAŞA Həyat” sığorta hadisələrinə görə ödənişlərin həcmini 3,4 dəfə artırıb
# 13 oktyabr 2016 13:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-sentyabr ayları üzrə ilkin hesabatını açıqlayıb.

 

Şirkətin strateji direktoru İsrail Qarayevin “APA-Economics”ə verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında “PAŞA Həyat” tərəfindən 61,803 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,3% çoxdur.

 

İ.Qarayev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 25,597 mln. manat sığorta ödənişi verilib və nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 3,4 dəfə artıb.

 

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən iri sığorta şirkətidir. Sari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. 

 

Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR