Bank Of Baku

“PAŞA Həyat Sığorta” bədbəxt hadisə üzrə 10,4 min manat sığorta ödənişi verib

“PAŞA Həyat Sığorta” bədbəxt hadisə üzrə 10,4 min manat sığorta ödənişi verib
# 20 aprel 2015 07:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

 

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, neft istehsalı ilə məşğul olan şirkətlərin birində çalışan işçi baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib.

 

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 10,404 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR