Bank Of Baku

“PAŞA Həyat Sığorta” növbəti iri həcmli ödəniş edib

“PAŞA Həyat Sığorta” növbəti iri həcmli ödəniş edib
# 25 aprel 2014 08:46 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “PAŞA Həyat Sığorta”-da sığortalanan müəssisənin işçisi (sığorta olunan) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

 

Bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası”nın müvafiq bəndi tətbiq edilməklə 99,573 min manat həcmində birdəfəlik sığorta ödənişi faydalanan şəxsin təqdim etdiyi müvafiq bank hesabına köçürülüb.

 

Cari ilin I rübü ərzində şirkət tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü  üzrə 304 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR