Bank Of Baku

“Qafqaz İnkişaf Bankı”nda problemli kreditlərin çəkisi kəskin artıb

“Qafqaz İnkişaf Bankı”nda problemli kreditlərin çəkisi kəskin artıb
# 23 yanvar 2015 09:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ilin IV rübündə “Qafqaz İnkişaf Bankı”nın aktivlərinin həcmi 147 028 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,98% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 17,39% artaraq 136 189 mln. manat olub.

 

2015-ci il yanvarın 1-nə bankın istehlak kreditlərinin həcmi 19,930 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 11,11% azalma deməkdir.

 

Hesabat dövründə bankın ipoteka kreditlərinin həcmi 1,794 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 93,03% çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

 

“Qafqaz İnkişaf Bankı”nın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 12 dəfədən çox artaraq 2,055 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 8,159 mln. manat çatıb ki, bu da 6,22% artım deməkdir. Əhalinin əmanətlərinin həcmi isə 6,039 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6 dəfə çoxdur.

 

Bir il ərzində bankın məcmu kapitalı 8,61% artaraq 60,813 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,1% artaraq 60 mln. manat təşkil edib.

 

Hesabat dövründə bankın gəlirləri 43,47% artaraq 14,962 mln. manat, xərcləri isə 46,78% artaraq 15,221 mln. manata çatıb.

 

2014-cü il ərzində bank 260 min manat zərərlə işləyib.

 

Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR