Bank Of Baku

“Qala Sığorta” yanvarda daxilolmaların cəmi 4,3%-ni ödənişə yönəldib

“Qala Sığorta” yanvarda daxilolmaların cəmi 4,3%-ni ödənişə yönəldib
# 19 fevral 2018 12:36 (UTC +04:00)

Azərbaycan sığorta bazarının ən aktiv şirkətlərindən olan “Qala Sığorta” 2018-ci ilin yanvar ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "APA-Economics"ə verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən cari ilin yanvar ayında “Qala Sığorta” şirkəti tərəfindən 2 507 397 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 539 138 manat və ya 27,39% çoxdur.

 

Ötən ay şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 107 572 manata yaxın sığorta ödənişi verilib ki, bu da 2017-ci ilin analoji dövrünün rəqəmləri ilə müqayisədə 102 492 manat və ya təxminən 21 dəfə çoxdur. Bununla belə, “Qala Sığorta” yanvar ayında daxilolmaların cəmi 4,3%-ni ödənişə yönəldib.

  

Xatırladaq ki, 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” sığorta şirkətinin səhmlərinin 100%-ni aldıqdan sonra həmin şirkətin adı dəyişilərək “Qala Sığorta” ASC olub.

 

Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR