Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübünə 322 325 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,32% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,44% artaraq 231,644 mln. manat olub.
Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 54,68% artaraq 11,114 mln. manat olub ki, bu da ümumi kredit portfelinin 4,8%-ni təşkil edir.
Bankın depozit portfeli 2015-ci ilin yanvar-mart ayları ərzində 13,84% artaraq 212,945 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 163,272 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 31,71% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 16,15% artaraq 59,573 mln. manata çatdığı halda, nizamnamə kapitalı 6,59% artaraq 48,500 mln. manat təşkil edib.
Cari ilin ilk üç ayı ərzində “Rabitəbank”ın əldə etdiyi mənfəət 998 min manat olub.