Bank Of Baku

“The Business Year” jurnalının meneceri: “Azərbaycan BƏƏ və Qətər kimi yüksək gəlir əldə edən dövlətlər sırasına daxil olub”

“The Business Year” jurnalının meneceri: “Azərbaycan BƏƏ və Qətər kimi yüksək gəlir əldə edən dövlətlər sırasına daxil olub”
# 04 aprel 2013 14:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Hər il Azərbaycan iqtisadiyyatı böyüdüyü kimi, bizim də ölkə ilə bağlı buraxılışlarımız da artır”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda “The Business Year” jurnalının Azərbaycanla bağlı buraxılışının təqdimat mərasimində jurnalın yayım üzrə meneceri Jason Nash bildirib.

 

O qeyd edib ki, Heydər Əliyevin prezidentliyindən başlayaraq hazırkı prezident İlham Əliyevə qədər dövrdə Azərbaycan iqtisadiyyatı transformasiya dövrü keçib: “Azərbaycan bütün MDB ölkələri arasında əhalisinin həyat səviyyəsinin artımında özünü uğurlu dövlət kimi təqdim edə bilər. Azərbaycan dünyada BƏƏ və Qətər kimi yüksək gəlir əldə edən dövlətlər sırasına daxil olub”.

 

J.Nash Azərbaycan iqtisadiyyatının bütün sektorlarda əldə etdiyi nailiyyətlərdən, o cümlədən bu il orbitə buraxılan peykin əhəmiyyətindən danışıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR