Bakı. Könül Cəfərli – APA. ABŞ və Qərb ölkələrinin nüvə proqramını inkişaf etdirdiyinə görə tətbiq etdiyi sanksiyalar İranı hər gün 109 mln. dollar ziyana salır.
APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Daily Telegraph” qəzeti Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən yazıb.
Qəzet qeyd edir ki, ötən ilin oktyabr ayında gündəlik 2,3 mln. barel neft ixrac edən İranın bu ilin eyni ayında neft ixracı 1,3 mln. barelə düşüb: “Bu isə 109 mln. dollarlıq bir itki deməkdir. İran alıcılarını itirməmək üçün qiymətdə endirimlər edir. Aylıq ziyanı 3 mlrd. dolları aşan İranın builki itkisi 33 mlrd. dollar olub”.