Bank Of Baku

“TuranBank” cari ilin I yarısını zərərlə başa vurub

“TuranBank” cari ilin I yarısını zərərlə başa vurub
# 24 iyul 2015 15:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İyulun 1-nə “TuranBank”ın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 38%, ilin əvvəlinə nisbətən isə 21% artaraq 388,8 mln. manat təşkil edib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “TuranBank”ın kredit portfeli isə ötən ilin yanvar-iyun ayı ilə müqayisədə 28%, ilin əvvəlindən isə 16% artaraq 255,7 mln. manata çatıb.

 

Qeyd olunan tarixə, bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 23%, ilin əvvəlinə nisbətən isə 20% artaraq 172,8 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 26,4%, cari ilin əvvəli ilə müqayisədə isə 14% artaraq 82,3 mln. manat olub.

 

Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 52,3 mln. manat təşkil edib.

 

Yanvar-iyun aylarının fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 16,481 mln. manat, xərcləri isə 16,766 mln. manat təşkil edib.

 

Hesabat dövrü ərzində bankın zərəri 285 min manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR