Bank Of Baku

“TuranBank” III rübü mənfəətlə başa vurub

“TuranBank” III rübü mənfəətlə başa vurub
# 30 oktyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə– APA-Economics. “TuranBank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 462,922 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 64,96% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,4% artaraq 261,387 mln. manat olub. Vaxtı keçmiş kreditlərin həcmi 5,32% azalaraq 8,666 mln. manat təşkil edib ki, bu da ümumi kredit portfelinin 3,32%-dir.

 

2015-ci ilin yanvar-sentyabr ayları ərzində “TuranBank”da istehlak kreditləri 5,04% azalaraq 30,391 mln. manat təşkil edib.

 

İpoteka kreditlərinin həcmi isə 3,5% artaraq 28,576 mln. manata bərabər olub. İpoteka kreditlərinin 18,506 mln. manatı İpoteka Fondunun xətti ilə verilib.

 

Depozit portfeli hesabat dövrü ərzində 78% artaraq 207,540 mln. manata çatdığı halda, əhalinin əmanətləri 32,03% artaraq 122,425 mln. manata bərabər olub.

 

Bir il ərzində bankın məcmu kapitalı 2,96% azalaraq 53,467 mln. manata çatdığı halda, nizamnamə kapitalı 6,38% artaraq 50 mln. 002,5 min manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 9,54% artaraq 26,582 mln. manat, xərcləri isə 40,15% artaraq 26,140 mln. manata çatıb.

 

Cari ilin 9 ayını bank 442 min 570 manat mənfəətlə başa vurub.

 

Hazırda “TuranBank”ın ölkə üzrə 14 filialı, 23 bankomatı, 160 POS-terminalı fəaliyyət göstərir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR