Bakı. Musa Əhmədov - APA-Economics. “TuranBank” Lüksemburqun “Sus Bee Finance” maliyyə təşkilatından 5 mln. dəyərində kredit cəlb edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit 3 il müddətinə verilib.
“TuranBank” vəsaiti mikromaliyyə portfelinin genişləndirilməsinə yönəldəcək.
Qeyd edək ki, “Sus Bee Finance” Lüksemburqda yerləşir və “Frankfurt School Financial Services GmbH”in idarəçiliyi ilə müxtəlif ölkələrdə mikromaliyyə fəaliyyətini dəstəkləyir.