Bank Of Baku

“Unibank” aktivlərini artırıb

“Unibank” aktivlərini artırıb
# 29 aprel 2014 09:16 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Unibank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 752,488 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,6% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 35,6% artaraq 617,37 mln. manat olub.

 

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi son hesabat dövrünə 29,27 mln. manat olub.

 

Bankın depozit portfeli hesabat dövrü ərzində 17,5% artaraq 419,744 mln. manata çatıb.

 

Bir il ərzində bankın məcmu kapitalı 58,9% artaraq 111,008 mln. manata çatdığı halda, nizamnamə kapitalı 24,8% artaraq 70,565 mln. manat təşkil edib.

 

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 40,4% artaraq 37,648 mln. manata çatıb.

 

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 13,920 mln. 0,39 min manat təşkil edib.

 

Hazırda bankın ölkə üzrə 36 filialı, 76 bankomatı, 1207 POS-terminalı fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR