Bank Of Baku

“Unibank” biznes kartları ilə müştərilərə qənaət imkanı yaradır

“Unibank” biznes kartları ilə müştərilərə qənaət imkanı yaradır
# 29 oktyabr 2015 12:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” hüquqi şəxslərə korporativ xərclərin ödənilməsi və idarə edilməsi üçün sadə və rahat vasitə təklif edir.

 

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bankın korporativ kartları – “MasterCard”, “Business” və  “VISA Business” müştərilərinə  ezamiyyət xərclərini (otel, avtomobil icarəsi, bilet sifarişi və s.), təsərrüfat və nümayəndəlik xərclərinin daha rahat və daha təhlükəsiz ödəmək imkanını yaradır.

 

Öz işçilərini xaricə ezamiyyətə göndərən şirkətlər “Unibank”ın  korporativ kartlarından istifadə etməklə, xərclərinə daha çox qənaət etmiş olacaqlar. Kartların nağd puldan bir çox üstünlükləri var. Biznes kartlarının hüquqi şəxslərə təqdim etdiyi imkanlar nağd vəsaitlərin kassadan əldə olunması  xərclərinin azaldılması, ezamiyyətlər üçün xarici valyuta alışına zərurətin olmaması, mühasibatda uçot proseslərinin optimallaşdırılması, ezamiyyətdə olan əməkdaşların hesabına pul köçürülməsi və hər əməkdaş üzrə xərclərə birbaşa nəzarət imkanı və        vəsaitlərin oğurlanması və itirilməsi riskinin minimuma endirilməsindən ibarətdir.

 

“Unibank”ın korporativ kartları müəssisənin eyni vaxtda bir neçə əməkdaşına verilə bilər. Lazım olan vaxt kartlara kredit limitinin açılması da mümkündür.  İlin əvvəlindən bu yana biznes kart istifadəçilərinin sayı 15% artıb.

 

Qeyd edək ki, korporativ biznes kartları əmək haqqı və sosial ödənişlər üçün istifadə edilə bilməz. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR