Bank Of Baku

“Unibank” yalnız bizneslə məşğul olan müştərilər üçün 4 ixtisaslaşdırılmış filial açıb

“Unibank” yalnız bizneslə məşğul olan müştərilər üçün 4 ixtisaslaşdırılmış filial açıb
# 13 avqust 2015 07:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Real sektora diqqətini günü-gündən artıran “Unibank”, yalnız bizneslə məşğul olan müştərilər üçün 4 ixtisaslaşdırılmış filial açıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Qara Qarayev” biznes-filialı, “Baksovet” və “Dərnəgül” filialları və “Unibank biznes mərkəzi” bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyir.

 

Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir.

 

Qeyd edək ki, hal-hazırda “Unibank” 40 filialı ilə müştərilərinin xidmətindədir. Onlardan 16-sı ölkəmizin müxtəlif bölgələrində yerləşir. Bankın xidmət və məhsullarından faydalanmaq istəyən hər kəs, həftənin 5 günü saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 14:00-dək “Unibank” filiallarına müraciət edə bilər. Bu saatlarda müştərilərə  bankın istənilən xidmətləri üzrə – pul köçürmələri, kredit ödənişi, depozit üzrə faizlərin alınması, cari hesabın açılması, kommunal ödənişlər və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “facebook” və “twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR