Bank Of Baku

“Unicapital İnvestisiya Şirkəti” Maliyyə Nazirliyinin dövlət istiqrazlarının satışı üzrə anderrayteri olub

“Unicapital İnvestisiya Şirkəti” Maliyyə Nazirliyinin dövlət istiqrazlarının satışı üzrə anderrayteri olub
# 08 fevral 2016 13:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unicapital İnvestisiya Şirkəti” Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının satışı üzrə anderrayteri olub.

 

“Unibank”dan “APA-Economics”ə verilən xəbərə görə, Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. ABŞ dolları və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərraclarını keçirəcək. 

 

Bütün bu hərraclarda anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” iştirak edəcək. Artıq  dövlət istiqrazlarının bu emissiya üzrə ilk hərracı keçirilib. 5 fevral tarixində Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazları “Unicapital İnvestisiya Şirkəti”  tərəfindən yerləşdirilib. 

 

“Unicapital İnvestisiya Şirkəti” qiymətli kağızlar bazarında  dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə eyni vaxtda 4 istiqamətdə xidmət göstərib.  Bu xidmət  müxtəlif ödəmə müddətinə malik həm manat, həm də  dollarda olan dövlət istiqrazlarının yerləşdirilməsini nəzərdə tutur. Ümumi həcmi 12 mln. ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə “Unicapital İnvestisiya  şirkəti” tərəfindən yerləşdirilib. Eyni zamanda ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə “Unicapital İnvestisiya  şirkəti”  tərəfindən yerləşdirilib.

 

“Unicapital İnvestisiya Şirkəti” dövlət istiqrazlarının alınması istiqamətində hüquqi və fiziki şəxslərə,  eləcə də qeyri-rezidentlərə  geniş xidmət  təklif edir.

 

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, qiymətli kağızlar bazarında lider mövqeyini daha da artıracaq. Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti”, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində  “Unicapital İnvestisiya Şirkəti”  istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır. İnvestisiya Şirkəti  şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

 

Hazırda “Unicapital İnvestisiya Şirkəti”nin  nizamnamə kapitalı 300 min manat təşkil edir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan,  bankın saytından  (www.unibank.az) əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR