Bakı. Yeganə Laçınzadə - APA-Economics. “United Credit Bank” Azərbaycan Mərkəzi Bankının (AMB) məcmu kapitala olan tələbini yerinə yetirib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, “United Credit Bank”ın hazırkı məcmu kapital dəyəri 51 mln. manatdan artıqdır.
“Məcmu kapitalın artırılması səhmdarlardan birinin kapital qoyuluşunu artırması hesabına baş verib. Bununla da, hal-hazırda ən böyük səhmdarın payı 95%-dən çox təşkil edir. Bankın səhmdarlarının tərkibində 1 hüquqi və 3 fiziki şəxs var”, - deyə bankın nümayəndəsi bildirib.
Onun sözlərinə, bankın İdarə Heyətində heç bir dəyişiklik baş verməyib.
Qeyd edək ki, bankın rəsmi saytında yer alan məlumata görə, səhmdarların tərkibi aşağıdakı kimidir: 1 hüquqi şəxs - 88,79%, 1 fiziki şəxs - 8,24%, 1 fiziki şəxs - 2,97%.