Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Xalq Bank” ASC 2015-ci ildə də əhaliyə Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin, o cümlədən sosial ipotekanın verilməsini davam etdirir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu günə olan məlumata görə, “Xalq Bank” 116,261 mln. manat həcmində 2 706 ipoteka krediti verib.
Bu kreditlərin 1 296-sı “Azərbaycan İpoteka Fondu” (AİF) xətti ilə, 1 410 ipoteka krediti isə əhaliyə “Xalq Bank”ın daxili ipoteka proqramı çərçivəsində verilib.