Bank Of Baku

«A-Group» sığorta şirkəti nizamnamə kapitalını artırıb

«A-Group» sığorta şirkəti nizamnamə kapitalını artırıb
# 04 aprel 2013 09:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan «A-Group» sığorta şirkəti nizamnamə kapitalını 14,4% artıraraq 5 400 200 manata çatdırıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə şirkətin məlumatında deyilir.

 

Qeyd edək ki, mart ayında şirkətin adi sənədsiz adlı səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb. Səhmlərin hər birinin nominal dəyəri 696,8 manat, sayı 7 750 ədəd, emissiyanın ümumi həcmi isə 5 400 200 manat təşkil edib. Emissiya «A-Group»un hər birinin nominal dəyəri 609 manat olan 7 750 ədəd (ümumi həcmi 4 719 750 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçirilib.

 

Xatırladaq ki, «A-Group» sığorta şirkəti 1995-ci ildə təsis edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR