Bakı – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstanda törəmə strukturu olan «ABB-Gürcüstan» Bankının aktivləri 2012-ci il oktyabrın 1-nə 128,7 mln. lari (60,669 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 28,13% çoxdur. Bu barədə «APA-Economics»ə ABB-nin Bakıdakı baş ofisindən məlumat verilib.
Hesabat dövrü ərzində bankın kredit portfeli 71,3% artaraq 97,7 mln. lariyə (46,056 mln. manat) çatıb.
Təhlil olunan dövr ərzində müştərilərin sayının artması tendensiyası qorunub. Belə ki, bankın hüquqi və fiziki şəxs olan müştərilərinin sayı 2012-ci il oktyabrın 1-nə 1 462 təşkil edib (illik artım - 37,5%). Eyni zamanda, Bankın depozit portfeli 35% artaraq 89,2 mln. lari (42,049 mln. manat) olub.
Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə artaraq 4,3 mln. lariyə (2,027 mln. manat) çatıb.
Cari ilin oktyabrın 1-nə bankın nizamnamə kapitalı 22,7 mln. lari (10,701 mln. manat) təşkil edib.
«ABB-Gürcüstan» SC 2006-cı ildə dövlət qeydiyyatına alınıb, 2007-ci ilin fevralında isə Gürcüstan Milli Bankından bank əməliyyatlarının həyata keçirməsi üçün lisenziya alıb.