Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan «ABB-Moskva» bankı gələn ilin ortalarında Nijni Novqorod şəhərində filial açacaq. Bu barədə «APA-Economics»ə «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bilidirib.
Ümumilikdə, 2015-ci ilə qədər «ABB-Moskva» iki yeni filial açmağı planlaşdırır ki, bunlardan biri Nijni Novqorod, digəri isə Azərbaycan diasporunun geniş təmsil olunduğu digər bir şəhərdə yerləşəcək. Hazırda ikinci şəhərin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar aparılır.