Bank Of Baku

«AccessBank» bayram günlərində işləyəcək

«AccessBank» bayram günlərində işləyəcək
# 19 mart 2013 14:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AccessBank» QSC martın 23-də pərakəndə bank xidmətlərini təklif edən filialların fəaliyyət göstərəcəyini elan edir.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, həmin gün müştərilər əmanət və hesablar üzrə əməliyyatların aparılması, kredit borcunun ödənilməsi, kredit sənədləşdirilməsi, plastik kartların sifarişi, sürətli pul köçürmələri, valyuta dəyişmə, kommunal ödənişlər və digər bu tipli əməliyyatları həyata keçirə bilərlər.

 

Pərakəndə bank xidmətlərini təklif edən filial və şöbələrin sırasında «Səbayıl filialı», «Bül-Bül filialı», «Həzi Aslanov şöbəsi», «Binəqədi filialı», «Maştağa filialı», «Sülh filialı» (Sumqayıt şəhəri), «Nizami filialı» (Gəncə şəhəri) var.

 

Martın 25-26-da isə bütün paytaxt və regional filialların Müştəri Xidmətləri şöbəsi və kassaları həmişəki iş rejimində müştərilərə xidmət göstərəcək. Həmin günlərdə həm fiziki, həm də hüquqi şəxs olan bütün müştərilərə bank xidmətləri təklif olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR