Bank Of Baku

«AccessBank» xaricdən 60 mln. dollar kredit cəlb edib

«AccessBank» xaricdən 60 mln. dollar kredit cəlb edib
# 27 iyun 2013 07:42 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AccessBank» QSC Niderland İnkişaf Bankından (FMO) 60 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bankın kreditorları qismində çıxış edən OeEB (Avstriya İnkişaf Bankı) və PROPARCO (Fransa İnkişaf Bankı) bu sövdələşməyə qoşularaq sazişin iştirakçısı olub. Bu sövdələşmə «AccessBank»ın 10 illik fəaliyyəti dövründə beynəlxalq konsorsiumlardan cəlb etdiyi ən böyük təkrar maliyyələşdirmə paketidir.  

 

«AccessBank»ın Bakıdakı baş ofisindən «APA-Economics»əverilən məlumata görə, bu kredit Banka Azərbaycanda mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində fəaliyyətini genişləndirməyə kömək edəcək. Cəlb olunmuş vəsaitlər regional sahibkarlara, xüsusən, kənd yerlərində fəaliyyət göstərən iş adamlarına böyük məbləğdə kreditlərin verilməsinə yönəldiləcək. Bankın geniş filiallar şəbəkəsini nəzərə alaraq qeyd etmək lazımdır ki, bu, yeni iş yerlərinin yaradılmasına və regionlarda iqtisadiyyatın inkişafına kömək göstərəcək.

 

Xatırladaq ki, «AccessBank» 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq maliyyə Korporasiyası (IFC) və Almaniyanın «Financial Systems» (LFS) konsaltinq şirkəti tərəfindən təsis olunub. «AccessBank»ın fəaliyyəti mikro, kiçik və orta sahibkarların maliyyələşdirilməsinə yönəldilib. Bankın Azərbaycanda 37 filialı və 1 565 əməkdaşı fəaliyyət göstərir. «Fitch Ratings» agentliyi «AccessBank»ı Azərbaycanda ən yüksək bank reytinqi olan «BB+» reytinqi ilə qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR