Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Accessbank» QSC-nin 2013-cü ilin ilk yarısında əldə etdiyi gəlirlərin həcmi 63,331 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 86,7% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, hesabat dövründə bankın xərcləri 17% artaraq 46,190 mln. manata çatıb.
«Accessbank»ın hesabatına əsasən, yanvar-iyun ayları ərzində bank 16,089 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 56,660 mln. manat, qeyri-faiz gəlirləri 6,671 mln. manat, faiz xərcləri 15,060 mln. manat, qeyri-faiz xərcləri isə 31,130 mln. manat təşkil edib. Son bir ildə bankın faiz mənfəəti 36,4% artaraq 41,600 mln. manata, qeyri-faiz zərəri isə 9,1% artaraq 24,459 mln. manata çatıb.