Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «AGBank» ASC-nin faizli sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 12 min ədəd, emissiyanın ümumi həcmi isə 12 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir.