Bank Of Baku

«AGbank»ın aktivləri I rübdə 16% artıb

«AGbank»ın aktivləri I rübdə 16% artıb
# 23 aprel 2013 09:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 373,769 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,9% artaraq 272,146 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 26,950 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən 49,2% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 13,0% artaraq 47,531 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2,4 faiz bəndi azalaraq 17,5%-ə düşüb.

 

Bankın depozit portfeli son bir ildə 17,1% artaraq 221,006 mln. manata çatıb. O cümlədən , əhalinin əmanətlərinin həcmi 175,627 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 6,0% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 24,0% artaraq 43,894 mln. manat, o cümlədən nizamnamə kapitalı 25,0% artaraq 25,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 33,3% artaraq 79 625, o cümlədən fiziki şəxslərin sayı 30,7% artaraq 76 637, hüquqi şəxslərin sayı 2,7 dəfə artaraq 2 988 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 66 960-a bərabər olub ki, bu da illik müqayisədə 28,4% çoxdur. O cümlədən, debet kartların sayı 29,6% artaraq 51 253-ə, kredit kartların sayı 24,6% artaraq 15 707-yə çatıb.


Hazırda bankın ölkə üzrə 17 filialı, 62 bankomatı, 1 081 POS-terminalı fəaliyyət göstərir. Bankın 603 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR