Bakı. Vahab Rzayev - APA-Economics. «Unibank» ASC-nin taksit kartı olan «ALBALI» kartının 1 yaşı tamam olur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu münasibətlə kart sahiblərini böyük sürprizlər gözləyir: «Bu sürprizlərdən biri artıq başlayıb. Bu gündən başlayan aksiya çərçivəsində iyul ayının həftə sonlarında (şənbə və bazar günləri) 3 və ondan yuxarı taksitlə alış-veriş edən müştərilərə, əlavə olaraq bankdan 3 taksit hədiyyə ediləcək. Məsələn, müştəri mağazadan 3 ay ödəmə müddətli malı alır, lakin banka 6 ay taksitlə ödəyir».
Bu gün «ALBALI» kartı Azərbaycanın nağdsız ödənişlər üzrə dövriyyəsində əhəmiyyətli paya sahibdir. Mərkəzi Bankın ölkə üzrə nağdsız ödənişlərin dövriyyəsinə dair açıqladığı məlumatda və təşkil etdiyi yarışmada “Unibank”ın aprel ayının nəticələrinə görə, birinci yerə çıxmasında da, məhz «ALBALI» kart üzrə dövriyyə mühüm rol oynayıb.
«ALBALI» kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var (www.onlineservices.unibank.az/AlbaliInfo/index.jsp). İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ «ALBALI» kartındakı son səkkiz rəqəmi daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər.
Müştərilər «ALBALI» kartı «Unibank»ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz olaraq ala bilərlər. Belə ki, 3 il müddətinə 3 000 manatadək kredit cəlb etməyə imkan verən «ALBALI» kartı, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir. «ALBALI» kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini www.albali.az/sifarish-et/ ünvanından doldurmaq olar.