Bank Of Baku

«Albalı» kartlarının sahibləri əlavə güzəşt qazanırlar

«Albalı» kartlarının sahibləri əlavə güzəşt qazanırlar
# 25 iyul 2013 09:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyul ayının hər həftə sonu «Unibank» ASC-nin «Albalı» kart sahibləri 3 ay və ondan yuxarı taksitlə alış-veriş edəndə, əlavə olaraq bankdan 3 ay daha uzun müddətə ödəniş imkanı hədiyyə edilir.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, məsələn, müştəri şənbə və bazar günlərində mağazadan 3 ay ödəmə müddətli malı alanda banka 6 ay taksitlə ödəyir.

 

Qeyd edək ki, «Unibank»ın pulsuz olan «Albalı» kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında populyarlıq qazanıb. Bu kart paytaxtdakı 700-dən artıq tərəfdaş mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. Müştərilər kartı bankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən ala bilərlər. Üç il müddətinə 3 000 manatadək kredit cəlb etməyə imkan verən kart, bankomat vasitəsilə 200 manatadək nağd pulu almağı da mümkün edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR