Bank Of Baku

«Amrahbank» depozitlərin qəbulu ilə bağlı kampaniya keçirir

«Amrahbank» depozitlərin qəbulu ilə bağlı kampaniya keçirir
# 26 iyul 2013 13:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Amrahbank» ASC avqustun 1-dək davam edəcək «Depozit həftəsi» adlı kampaniyaya start verib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.

 

Kampaniya çərçivəsində «Amrahbank»da  müştərilərə illik gəliri maksimum 12% dərəcəsi ilə sığortalanan 3 növ depozit növü təklif edilir.

 

Belə ki,  «Daxıl» depoziti növü üzrə əmanətini 2 illik yerləşdirən  əmanətçiyə, illik faiz gəliri 12% olmaqla, əmanətinin əsas məbləğinə müqavilə müddətinin yarısına kimi əlavə vəsaitlər daxil etmək imkanı verilir. Bununla da bütün depozit məbləği  daxil edilmiş əlavə vəsaitlərlə birlikdə sığortalanır. Bundan əlavə «Lider» depoziti üzrə əmanətini 1 il müddətinə yerləşdirən müştəriyə illik faiz gəliri 12% olmaqla,  gəlirlərini hər ay götürmək imkanı verilir. «Təməl» depoziti üzrə müştəri əmanətini 2 il müddətinə yerləşdirərsə, faiz gəlirlərini depozit müddətinin sonunda götürə bilər (illik faiz gəliri 12% olmaqla).


Kampaniya çərçivəsində açılmış illik gəliri 12% dərəcəli depozitlər müqavilə müddətinin sonunadək Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaq. Xatırladırıq ki, bir əmanət üzrə sığortanın maksimal məbləği 30 min manat təşkil edir.

 

Bundan başqa, bütün depozit müştərilərinə qoyduqları depozit məbləğindən asılı olaraq pulsuz  müxtəlif növ plastik kartlar və qoyduqları əmanətin 80%-i həcmində kredit xətti almaq imkanı verilir.

 

Qeyd edək ki, avqustun 1-dən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanan əmanətlərin maksimal faiz dərəcəsi 12%-dən 10%-dək endiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR