Bank Of Baku

«Atabank» faiz və qeyri-faiz mənfəətini artırıb

«Atabank» faiz və qeyri-faiz mənfəətini artırıb
# 24 aprel 2013 14:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 9,187 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 26,7% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın xərcləri 34,2% artaraq 8,157 mln. manata çatıb.

 

Nəticədə, ilk rüb ərzində bank 1,030 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 12,1% azdır.

 

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 7,489 mln. manat, qeyri-faiz gəlirləri 1,698 mln. manat, faiz xərcləri 3,988 mln. manat, qeyri-faiz xərcləri isə 0,301 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 20,7%, qeyri-faiz mənfəəti isə 16,7% artıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR