Bank Of Baku

«Atabank» I yarımillikdə istehlak kreditləşməsini kəskin artırıb

«Atabank» I yarımillikdə istehlak kreditləşməsini kəskin artırıb
# 24 iyul 2013 09:14 (UTC +04:00)
 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 303,500 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,5% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,3% artaraq 218,408 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 94,652 mln. manat təşkil edib ki, bu da 2012-ci il iyulun 1-nə nisbətən 1,9 dəfə çoxdur.

 

Bankın depozit portfeli son bir ildə 29,1% artaraq 253,951 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 166,314 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 40,5% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 21,2% artaraq 39,464 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,0% artaraq 27,986 mln. manat təşkil edib.


Hazırda bankın ölkə üzrə 24 filialı, 77 bankomatı, 8 766 POS-terminalı fəaliyyət göstərir. Bankın 390 işçisi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR