Bank Of Baku

«AtaBank» yeni pulköçürmə sisteminə qoşulub

«AtaBank» yeni pulköçürmə sisteminə qoşulub
# 27 iyun 2013 13:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «AtaBank» ASC «Lider» təcili pulköçürmə sisteminə qoşularaq, pulköçürmə xidmətləri çeşidini genişləndirib.

 

«APA-Economics»in banka istinadən verdiyi məlumata görə, «Lider» sistemi ilə müştərilər 30-dək ölkə üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər. 

 

Bu ölkələr sırasında Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Belarus, Latviya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Polşa, Portuqaliya, Rumıniya, Yunanıstan, İsrail, BƏƏ, ABŞ, Kanada, Çin, Vyetnam və Monqolustan var.

 

Pulköçürmə xidmətlərini «AtaBank»ın 24 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank «Western Union», «Zolotaya Korona», «Contact», «Coinstar», «Blizko», «PrivatMoney», «Migom» və «Lider» sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

 

Qeyd edək ki, «AtaBank» 1993-cü ildən fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR