Bank Of Baku

«Atabank»ın aktivləri I rübdə 31% artıb

«Atabank»ın aktivləri I rübdə 31% artıb
# 23 aprel 2013 11:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 297,752 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 31,1% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,9% artaraq 199,191 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 72,027 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin aprelin 1-nə olan göstəriciyə nisbətən təxminən 2,0 dəfə çoxdur.

 

Bankın depozit portfeli son bir ildə 32,8% artaraq 252,341 mln. manata çatıb. O cümlədən , əhalinin əmanətlərinin həcmi 153,082 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 44,4% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 16,1% artaraq 35,310 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,0% artaraq 27,986 mln. manat təşkil edib.


Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 24 564-ə bərabər olub ki, bu da illik müqayisədə 18,8% çoxdur. O cümlədən, debet kartların sayı 14,8% artaraq 22 506-ya, kredit kartların sayı 2,0 dəfə artaraq 2 058-ə çatıb.


Hazırda bankın ölkə üzrə 24 filialı, 73 bankomatı, 8 927 POS-terminalı fəaliyyət göstərir. Bankın 378 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR