Bank Of Baku

«AXA-Mbask» sığorta şirkəti Bakıda agentliklərinin forumunu keçirib - FOTO

«AXA-Mbask» sığorta şirkəti Bakıda agentliklərinin forumunu keçirib   - <span style="color: red;">FOTO
# 20 noyabr 2012 12:04 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti Bakıda «Fərqliyik, fərq yaratmaq üçün burdayıq» adlı sığorta agentliklərinin II İllik Forumunu keçirib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edən forumda sığorta agentliklərinin rəhbərləri və «AXA-Mbask»la əməkdaşlıq edən sığorta agentləri iştirak ediblər.

 

Forum çərçivəsində iştirakçıların xahişi ilə xüsusi olaraq dəvət edilmiş ekspertlər vergilər və satışlarla bağlı məsələlər üzrə geniş treninqlər keçiriblər. Həmçinin, şirkət rəhbərliyi ilə sığorta bazarında olan vəziyyət, Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, 2013-cü ildə sığorta agentliklərinin inkişafına dair planlar və strategiyalar, ölkə paytaxtında və bölgələrdə agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

 

Tədbirdə müzakirə olunan təkliflər və analizlər göstərib ki, «AXA-Mbask» sığorta şirkəti və onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sığorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməkdədir.

 

«AXA-Mbask» qısa müddətə paytaxtda və bölgələrdə 80-ə yaxın agentlik yaradıb. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində online rejimdə agentliklərinə və müştərilərinə yüksək səviyyədə xidmətlə təmin edib.

 

Müştərilərlə sıx əlaqə quran və zərurət yarandığı zaman onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR