Bank Of Baku

«Azər-Türk Bank» təhsil və səhiyyə işçiləri üçün yeni kredit məhsulu təqdim edib

«Azər-Türk Bank» təhsil və səhiyyə işçiləri üçün yeni kredit məhsulu təqdim edib
# 21 noyabr 2012 06:50 (UTC +04:00)

 

 

Bakı – APA-Economics. «Azər-Türk Bank» ASC dövlət müəssisələrində işləyən təhsil və səhiyyə işçiləri üçün bazarda ən aşağı faizlərlə xüsusi kredit məhsulunu təklif edib.

 

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kreditin müddətindən asılı olaraq effektiv faiz dərəcəsi illik 13-14% təşkil edir. Kreditin maksimal məbləği 3000 manat, müddəti isə 24 ay ola bilər. Bu kredit məhsulu həmçinin qeyri-rezident vədəndaşlara da təqdim olunur.

 

Bankın məhsulları və xidmətləri haqqında əlavə məlumat almaq üçün (+994 12) 464 42 12/19 telefon nömrəsi ilə və yaxud www.azerturkbank.biz  saytına müraciət etmək olar.

 

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildə təsis edilib. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası A.Ş.», «Ziraat Bank International AG» və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı, «Turanbank» ASC çıxış edir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR