Bank Of Baku

«Bank of Azerbaijan»ın rüblük mənfəəti 5 dəfə artıb

«Bank of Azerbaijan»ın rüblük mənfəəti 5 dəfə artıb
# 23 aprel 2013 13:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin 2013-cü ilin yanvar-mart aylarında əldə etdiyi gəlirlərin həcmi 9,678 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 62,0% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 34,9% artaraq 6,528 mln. manata çatıb.

 

Nəticədə, I rüb ərzində bank 3,149 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 5,2 dəfə çoxdur.

 

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 8,305 mln. manat, qeyri-faiz gəlirləri 1,373 mln. manat, faiz xərcləri 3,259 mln. manat, qeyri-faiz xərcləri isə 3,255 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 2,8 dəfə, qeyri-faiz zərəri isə 53,3% artıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR