Bakı – APA-Economics. «Bank of Baku» ASC-nin təqdim etdiyi «MasterCard» loqolu «Bolkart» plastik kartları müştərilərin böyük marağına səbəb olub.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bir həftə ərzində artıq minlərlə müştəri bu plastik kartı əldə edib. İndi onlar «Bolkart MasterCard» sayəsində həm Azərbaycanda, həm də «MasterCard» loqosu olan dünyanın istənilən ticarət mərkəzində alış-veriş edə bilirlər. Bundan başqa, «Bolkart MasterCard» sahibləri internet-mağazalarda arzu etdikləri malı rahat ala bilirlər. Beləliklə, «Bolkart MasterCard» ilə dünyanın aparıcı online-dükanlarından müxtəlif məhsullar almaq mümkündür. «MasterCard» loqolu «Bolkart» xüsusi çiplə təmin edilib və POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahatdır.
Hazırda «MasterCard» loqolu «Bolkart»ı «Bank of Baku»nun paytaxtda yerləşən altı filialından – Baş İdarədə yerləşən Müştəri Xidmətləri Departamenti, «Mərkəz», «28 May», «Neftçilər», «Nəsimi» və «Bakıxanov» filiallarından əldə etmək mümkündür. Yaxın zamanlarda isə müştərilər kartı bankın bütün filiallarından əldə edə biləcəklər. «MasterCard» loqolu «Bolkart»ı həm yeni ərizəçilər, həm də artıq kartın aktiv istifadəçisi olan, ödənişləri üzrə gecikməsi olmayan şəxslər «Bolkart» üzrə aktiv borcunu ödəməklə əldə edə bilər.
Xatırladaq ki, hazırda «Bolkart» istifadəçilərinin sayı 110 mindən çoxdur.