Bank Of Baku

«Bank of Baku» «Gold» kartı üzrə endirim elan edib

«Bank of Baku» «Gold» kartı üzrə endirim elan edib
# 30 iyul 2013 09:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda nağdsız ödənişlərin təşviqi məqsədilə «Bank of Baku» ASC özünün ən prestijli plastik kartlarından olan «Gold» kartın rəsmiləşdirmə haqqını endirib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, avqust 31-dək «Bank of Baku»dan 1 il müddətinə «MasterCard» yaxud «Visa» loqolu «Gold» kartı sifariş edən hər şəxs kartın illik xidmət haqqı qismində 35 manat deyil, cəmi 8 manat ödəyəcək.

 

Kart üçün müştəridən sığorta məbləği isə tələb edilməyəcək. Xatırladaq ki, «Gold» kartın ənənəvi illik sığorta məbləği 100 manat təşkil edir.

 

Beynəlxalq nağdsız ödənişlərdə «Gold» kart ən nüfuzlu plastik kartlardan biri hesab olunur. «MasterCard» və «Visa» loqolu bu kart ilə alış-veriş etmək, bankomatdan vəsait çıxarmaq, dünyanın hər bir yerində bir sıra imtiyazlar qazanmaq mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR