Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC-nin Bakı şəhəri və bölgələrdəki filiallarında dekabrın 31-dən yanvarın 6-dək qeyri-iş günləri olacaq.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, yanvarın 4-də Bankın MXD (baş ofis), «Mərkəz», «Azneft», «Nəsimi», «Əhmədli», «Neftçilər», «Bakıxanov», «Babək», «Otoplaza», «Səməd Vurğun» və Sumqayıt filiallı tam iş günü olmaqla vətəndaşlara xidmət göstərəcək.
Qeyd edək ki, həmin gün Bankın Lənkəran, Gəncə, Şəki, Xaçmaz və Şirvan filialları yarım iş günü (09:00-dan 13:00-dək) müştərilərin xidmətində olacaq. Bayram günlərində «Bank of Baku»nun ödəniş terminalları və «MilliÖn» terminalları həftənin 7 günü 24 saat rejimində müştərilərin xidmətində olacaq.