Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Jurnalist krediti» kampaniyasının şərtlərinə əsasən, mətbuat işçiləri pul kreditlərini illik 5%-lik endirimlə ala bilərlər.
Belə ki, yalnız üç gün ərzində, iyulun 22-24-də jurnalistlərə «Faizlər tətilə çıxdı» kampaniyası çərçivəsində elan olunmuş 3%-lik endirimə əlavə olaraq 2%-lik peşə bayramı endirimi elan olunur.
Kreditin maksimal məbləği əmək haqqı və bankla iş tarixçəsindən asılı olaraq 10 min manat, müddəti - 24 aya qədər ola bilər. Daha öncə «Bank of Baku»dan kredit almış və müsbət kredit tarixçəsi olan media nümayəndələri bu kampaniyadan yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə faydalana bilər.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək və yaxud onlayn kredit ərizəni doldurub banka (www.bankofbaku.com/az/online-banking/credit-online.html) göndərmək kifayətdir.