Bakı – APA-Economics. «Bank of Baku» ASC-nin plastik kartları ilə nağdsız ödənişlər ən yüksək həddə çatıb. Azərbaycan Mərkəzi Bankının nağdsız ödənişlər üzrə may hesabatında «Bank of Baku» bu nominasiyada ilk yerdə qərarlaşıb.
«Bank of Baku»dan «APA-Economics»ə verilən məlumata əsasən, Mərkəzi Bankın hesabladığı əmsala görə, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox ödəniş «Bank of Baku»nun POS-terminallarında və bankomatlarında aparılıb. Belə ki, ay ərzində «Bank of Baku»nun plastik kartları ilə yalnız POS-terminallarda 166 890 əməliyyat həyata keçirilib. Hesabat ayına olan məlumata görə, «Bank of Baku»ya məxsus kartların sayı isə 244 683 ədəd təşkil edib. Bu rəqəm isə Azərbaycan bankları arasında ən yüksək göstəricilərdən biridir.
Azərbaycanın plastik kartlar bazarında aparıcı maliyyə təsisatlarından olan «Bank of Baku»ya məxsus kredit kartların əksəriyyətini bu gün «Bolkart, loyal müştərilərə verilən «Dostlar Klubu» kartları, «Visa» və «MasterCard», həmçinin «Mybrand’s» və «İdeal» kobrend kredit kartları təşkil edir. «Bank of Baku»nun lider bank olmasında «Bolkart» kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün 120 mindən artıq Azərbaycan vətəndaşı «Bolkart» ilə alış-veriş edə bilir.