Bank Of Baku

«Bank of Baku» www.bolkart.az saytını yeniləyib - FOTO

«Bank of Baku» www.bolkart.az saytını yeniləyib - <span style="color: red;">FOTO
# 26 iyul 2013 12:00 (UTC +04:00)

Bakı - APA-Economics. «Bank of Baku» ASC 120 mindən çox «Bolkart» istifadəçisinin rahatlığını təmin etmək məqsədilə tam yenilənmiş www.bolkart.az saytını istifadəyə verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, öncəki saytdan fərqli olaraq, yenilənmiş saytda bir sıra yenilik və innovasiyalar tətbiq edilib.

 

Yenilənmiş sayta «Əhatəli axtarış» sistemi daxil edilib. Belə ki, indi hər bir şəxs ətraflı axtarış funksiyasından faydalanaraq asanlıqla istənilən məlumatı operativ əldə edə biləcək. Ətraflı axtarış sistemindən istifadə edərək mağazaları - keçərli olduğu şəhərə, mağaza növünə, brendin adına, ən əsası isə ödəmə formasına görə seçmək mümkündür.

 

Bundan əlavə, saytda «Onlayn kalkulyator» var. Bu xidmət vasitəsilə «Bolkart»lılar alış-verişlərini öncədən planlaşdırıb, ayıq xərclərini və ödəyəcəkləri məbləği rahatlıqla hesablaya biləcək.

 

«Yeni tərəfdaş şirkətlər» bölməsində «Bolkart»la əməkdaşlığa başlayan yeni tərəfdaş şirkətlər əks olunacaq.

 

Əlavə olaraq «Bolkart» istifadəçiləri üçün ən yaxın zamanda «Şəxsi kabinet»in istifadəyə verilməsi gözlənilir. Bu sistem vasitəsilə «Bolkart»lılar 24/7 iş rejimində alış-verişlərinə nəzarət edə biləcəklər. Şəxsi kabinet vasitəsilə hesab qalıqlarının və hesab hərəkətlərinin izlənməsi mümkün olacaq.

 

Saytda həmçinin «Mağazaların reytinq səsverməsi» bölməsi yaradılıb. Bu, hazırda analoqu olmayan innovativ yeniliklərdən biridir. Hər bir istifadəçi yeni saytda bu və ya digər mağazanı bəyənə bilər (like sistemi) və ya ona şərh qoya bilər. Həmin məlumatlarla «Facebook» şəbəkəsində də bölüşmək mümkün olacaq. Nəticə etibarı ilə istifadəçilərin layk və şərhləri əsasında mağazaların reytinqi formalaşacaq.

 

Yenilənmiş «Bolkart» saytında xüsusi idarə paneli, «Bolkart-Nar» və «Bolkart-Bakcell» kimi kobrend kart növləri barədə ətraflı məlumatlar əks olunub. Eyni zamanda, saytın «Çox verilən suallar» (FAQ) bölməsi də yenilənib. Sayt vasitəsilə həmçinin onlayn qaydada «Bolkart» sifariş etmək, zəng sifarişi və digər faydalı xidmətlərdən bəhrələnmək olar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR