Bank Of Baku

«Bank Respublika» faizlərin azaldılması üzrə strategiya hazırlayır

«Bank Respublika» faizlərin azaldılması üzrə strategiya hazırlayır
# 17 iyul 2013 10:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən faiz dərəcələrinin azaldılması imkanlarının araşdırılması proqramı çərçivəsində «Bank Respublika» ASC faiz dərəcələrinin azaldılması və kreditləşdirmə (istehlak kreditləri, həmçinin orta və kiçik biznes kreditləri üzrə) proseduralarının sadələşdirilməsi üçün lazımi tədbirlər kompleksinin müəyyən edəcək strategiyanın hazırlanmasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu strategiya üzərində görülən işlər çərçivəsində hazırda bankın kredit bazasının, bazardakı tələbatın və imkanların təhlili aparılır.

 

Bu layihədə daha dolğun və hərtərəfli məlumatların alınması üçün bankın müxtəlif sahələri üzrə rəhbərləri və müştəri xidməti üzrə menecerləri sözügedən strategiyanın hazırlanmasında iştirak edəcəklər. Strategiyanın əsas istiqamətlərindən biri maksimal məbləğlərin artırılması ilə yanaşı kreditlərin komissiya haqlarının azaldılması və əhalinin müxtəlif seqmentləri üçün güzəştli kredit məhsulları üzrə imkanların araşdırılmasıdır.

 

Bankın İdarə Heyətinin sədri Xədicə Həsənovanın sözlərinə görə, bank tərəfindən biznes və istehlak kreditlərində qiymətləri müəyyən edən əsas və üzdə olan faktorların öyrənilməsi üzrə bir sıra işlər artıq aparılıb və bu işlərin nəticəsi yaxın vaxtlarda kredit məhsullarında müsbət təsirini göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR