Bakı. Nail Hüseynli – APA-Economics. «Bank Respublika» ASC Yeni İl ərəfəsində öz «Facebook» dostlarını bilik müsabiqəsinə dəvət edir.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Yeni İl viktorinası» dekabrın 23-30-da keçiriləcək. Bu bilik yarışmasında iştirak etmək üçün Bankın «Facebook» səhifəsinin fanı olması, viktorina haqqında dərc olunan statusa «İştirak edəcəm» şərhini yazmalıdır. Yarışmada 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilər.
Gün ərzində «Facebook» istifadəçilərinə suallar 11:30-da, 14:30-da və 16:30-da veriləcək. Suallar müxtəlif mövzularda (əsasən, məntiq, bank və iqtisadiyyata dair) tərtib olunacaq.
«Günün Qalibi»nə balansında 100 manat olan «Bank Respublika»nın plastik kartı və digər xüsusi Yeni İl hədiyyələri təqdim ediləcək.
Qeyd edək ki, qaydalara əsasən, hər bir istifadəçi hər verilən suala 1 dəfə cavab yaza bilər. Ən çox suala düzgün cavab vermək üçün ən az vaxt sərf edən istifadəçi «Günün qalibi» elan olunacaq. «Sualın və günün qaliblərinə» hədiyyələr dekabrın 30-dək veriləcək, dekabrın 30-da məlum olan qaliblər yanvarın 07-dən etibarən hədiyyələri ala biləcəklər.
Viktorinanın qaydaları ilə daha ətraflı Bank Respublikanın rəsmi saytında tanış ola bilərsizniz. www.bankrespublika.az/uploads/fb2013.pdf