Bank Of Baku

«Bank Respublika» 2012-ci il 1 noyabr tarixinə olan maliyyə göstəricilərini açıqlayıb

«Bank Respublika» 2012-ci il 1 noyabr tarixinə olan maliyyə göstəricilərini açıqlayıb
# 16 noyabr 2012 13:53 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2012-ci il noyabrın 1-nə 395,1 mln. manata çatdırılıb ki, bu da 2011-ci ilin yekunları ilə müqayisədə 26,23% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, məcmu kapital isə 62,3 mln. manat təşkil edib.

 

Bununla yanaşı, müştəri vəsaitlərinin ümumi məbləği 213,1 mln. manata çatdırılıb. İlin əvvəlindən ümumi vəsaitlərin həcmi 32,0% artıb. Bankın kredit portfeli 33,4% artaraq 231,0 mln. manat təşkil edib.

 

Göstərilən tarixə «Bank Respublika»nın faiz gəlirləri 27,0 mln. manat, qeyri-faiz gəlirləri 12,5 mln. manat, vergi ödənilənədək mənfəəti isə 10,8 mln. manata çatdırılıb.

 

Likvid aktivlərin həcmi 103 mln. manat olub ki, bu da ümumi aktivlərin 26,3%-nə bərabərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR