Bank Of Baku

«Bank SilkWay»in faiz mənfəəti 2 dəfə artıb

«Bank SilkWay»in faiz mənfəəti 2 dəfə artıb
# 24 iyul 2013 13:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» ASC-nin 2013-cü ilin yanvar-iyun aylarında əldə etdiyi gəlirlərin həcmi 8,190 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 32,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 36,5% artaraq 4,804 mln. manata çatıb.

 

«Bank SilkWay»in hesabatına əsasən, ilk yarımillik ərzində bank 1,713 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 15,6% azdır.

 

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 5,806 mln. manat, qeyri-faiz gəlirləri 2,384 mln. manat, faiz xərcləri 1,784 mln. manat, qeyri-faiz xərcləri isə 3,021 mln. manat təşkil edib. Son bir ildə bankın faiz mənfəəti 2 dəfə artaraq 4,022 mln. manata çatıb. Bu il bankın qeyri-faiz zərəri 0,637 mln. manat təşkil edib, halbuki ötən ilin ilk yarısında 0,642 mln. manat həcmində qeyri-faiz mənfəəti müşahidə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR