Bank Of Baku

«Bank Standard» dövlət təşkilatlarının işçilərinə güzəştli kreditlər təklif edir

«Bank Standard» dövlət təşkilatlarının işçilərinə güzəştli kreditlər təklif edir
# 02 aprel 2013 08:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC bir sıra nazirlik, dövlət müəssisələri və idarələrin işçiləri, dövlət ali və orta məktəblərin müəllim heyəti, habelə dövlət müəssisələrində işləyən neftçilərə və həkimlərə əlverişli şərtlərlə 3 min manatadək zaminsiz istehlak kreditləri təklif edir.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, kredit üzrə aylıq faktiki faiz dərəcəsi 2,5% həcmindədir. Kreditin maksimal məbləği 5 min manat, faiz dərəcəsi isə 26%-dək (FİFD 28,8-30,2%) təşkil edir. Kredit 2 il müddətinədək verilir.


Həmin krediti əldə etmək üçün «Bank Standard»ın bütün filiallarına müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR