Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC müştərilərə sərfəli şərtlərlə «SmartCard» kredit kartlarını təklif edir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilər 10 min manatadək kredit xətti, 45 günə qədər güzəşt müddəti olan bu kredit kartlarını 30 manatdan başlayan qiymətlərlə zaminsiz əldə edə bilərlər.
Kartları əldə etmək üçün hətta müştərin ümumvətəndaşlıq pasportunda Şengen ölkələri, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada, Avstraliya vizalarının olması kifayətdir.
«SmartCard» kredit kartlarının şərtləri ilə www.bankstandard.com saytından və ya bankın məlumat mərkəzinin 158 nömrəsinə zəng vurmaqla tanış olmaq mümkündür.