Bakı – APA-Economics. Azərbaycanın aparıcı banklarından biri olan «Bank Standard» QSC müştərilər üçün «MasterCard»/«Visa Platinum» kartlarını əldə etməyi asanlaşdıran endirim aksiyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində bu kartları 70% endirimlə əldə etmək mümkündür.
Kampaniyanın şərtlərinə görə, üç illik istifadə müddəti olan «MasterCard»/«Visa Platinum» kartlarının qiyməti 45 manat təşkil edir. Kartları ödənişsiz əldə etmək üçün kart hesabına 5000 ş.v. yükləmək lazımdır.
Qeyd edək ki, «Bank Standard»ın «MasterCard»/«Visa Platinum» kartları premium kartlar olmaqla öz sahiblərinə dünyanın istənilən ölkəsində yüksək səviyyəli və geniş çeşidli xidmət və diqqəti təmin edir.
Aksiya haqqında və ümumilikdə «Bank Standard»ın təklif etdiyi kart məhsulları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından və ya bankın Məlumat Mərkəzinin 158 nömrəsindən (gecə-gündüz) əldə etmək olar.