Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin gənclər arasında populyarlıq qazanmış «Gənc Kart» plastik kart məhsulu indi müştərilərə yeni dizaynda və «MasterCard Standard» kartlarında təqdim olunacaq.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq «Gənc Kart» sahibləri «MasterCard» ödəniş kartlarının imkanlarından Azərbaycanda və xarici ölkələrdə dünya üzrə ödənişlər, kartdan nağd pulun çıxarılması, 30 mln.-dan artıq ticarət məntəqəsi və 1,7 mln.-luq ATM şəbəkəsindən istifadə edə biləcəklər.
Üstəlik yeni dizaynlı «Gənc Kart»lar gündəlik məbləğin üzərinə illik 9% gəlir gətirməklə sahiblərinə əlavə qazanc qazandırır. Bankdan bildirilib ki, 35 ş.v. ödəməklə «Gənc Kart» sahibi olmaq mümkündür.