Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC-nın yeni - «Mərkəz» filialı istifadəyə verilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə,
filial paytaxtın Səbail rayonu, Nizami küçəsi,68 ünvanında yerləşir.
Yeni filialda Bankın müştərilərinə bütün bank xidmətləri göstəriləcək. Beləliklə, hazırda bankın baş ofis də daxil olmaqla, Bakı şəhəri və regionlarda 33 filialı və 6 şöbəsi fəaliyyət göstərir.